QISA MƏLUMAT

Eltun Baxışzadə, artıq 5 ildən çoxdur ki Azərbaycanın video və reklam sahəsində ən məhşur simalardan biridir.

Eltun Lamborgini, Ferrari, Aston Martin avtosalonlarının açılış mərasimlərini işıqlandırıb, Jaguar, Land Rover, Jeep, Maserati kimi avtomobil brendlərinin təqdimatlarını hazırlamışdır.

Eltunun video işlərinin böyük hissəsini restoran və butiklər üçün videoçarxlar təşkil edir. Bu çoxsaylı şirkətlərin sırasına Pasifico, Opera Sky, Sketch Lounge, Eleven, Baku Cafe, Sea Breeze, Lilac Flower Boutique, Sumakh və digər məhşur adlar daxildir.

Fərid Məmmədov, Miri Yusif, Xpert, Qaraqan kimi ifaçıların onlarla videoklipləri, Emin Ağalarov, Qriqori Leps, L'One, Dj Shock, Low Deep T və Coolio kimi artisrlərin konsertlərindən videohesabatlar da Eltun Baxışzadənin geniş portfoliosunun bir hissəsidir. Eltun həmçinin BeerBasha, Visus Optik, M'EAT, Shaman's Wear, Nissan, Aquavita, Nurgun Group, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Fövqaladə Hallar nazirliyi və ASAN xidmət kimi şirkətlər və qurumlar üçün reklam və sosial çarxların müəllifidir.

RƏYLƏR

  • Mənə elə gəlir ki, bu sahədə çalışan insanlar əslində qalsa çox rahat olmalıdılar. Emosiyaları sakit olmalıdır. Yalnız bu daxili sakitlik imkan verir ki sən sağlam qərarlar verəsən. Eltuna görə mən çox sevinirəm ki, o eyni şəkildə insandır, eyni tipli insandır və çox rahatdır, rahatlığı da mütləq savadınnan irəli gəlir, onun niyyətindən irəli gəlir. Çox istəyirəm onu, öz işini bilən insandır.

  • Bizim proyekt çərçivəsində Eltun ilə sadəcə bir neçə dəfə işləmişik. Bunu deyə bilərəm ki, bu insan nə etdiyini yaxşı bilir, öz işinin peşəkarıdır və kameranı əlində necə saxlayacaqını dəqiq bilir. Aglima gelir, yaxşı kadr alınması üçün dağlar ərazisində maşının pəncərəsindən yariya gədər çıxmaqı. Asanlıqla ünsiyyət qura bilən insandır. Çəkiliş aparılacaq məkanı görər-görməz işığı və düzgün rakursu tənzimləyir, və beləliklə ifaçını yormur. Və əlbəttə, onun peşəkar aparaturası olduğuna və onunla necə işləmək lazım olduğuna tərəddüd etməyə ehtiyac yoxdur.

  • Çox az insan birinin ilk pillələrdən sənətinin inkişafının şahidi ola bilər. Eltun ilə biz 4 ildən biraz çox olarki, kiçik video proektlərlə işləməyə başladıq. İndi Eltun daha böyuk miqyaslı proyektləri həyata keçirə biləcək gucə malikdir. Hər zaman öz üzərində işləyir, yeni və maraqlı ideyalarla gündəmdə olur. Bizim işimizdə əsas vaxtdır. İşini keyfiyyətli görür, vaxtında təhfil verir. İnanın bu vacibdir. Biz bir şirkət olaraq, bütün video proyektlərimizdə yalnız onunla işləyirik. Biz artiq həmkar deyilik, dostuq!

  • Mənim üçün Eltun, ilk novbədə əsl peşəkardır. Hər zaman ideal kadr üçün nəyin lazım olduğunu dəqiq bilir. Nəticə hər zaman urəy açan olub. Bütün bunlara baxmayaraq, şəxsən mənim üçün vacib olan onun gözəl zövqu və gözəlliyi hiss etmə bacarığıdır. Ən əsası isə, o çox yaxşı insandır, və onunla işləmək insana zövq verir. Mən Eltunu xaricdən dəvət olunmuş bahalı videoqraflara ən yaxşı əvəzedici kimi görürürəm.

  • Bu adam işini bilir, işini sevir. İş zamanı sifarişçinin bilmədiyi nüansları özü həll edir və sifarişçi artıq hazır məhsuldan zövq alır. Xüsusən Eltunun qısa filmlərini qeyd etmək istəyirəm ki, ideyanı tamaşaçıya çatdıra bilir. Video əsərə baxdıqda əsas mesajın nə olduğunu rahat duymaq olur. Bizdə hər bir foto və ya video əsərin maraqlı müqayisə kəlməsi var. Yəni bir əsər yaxşı, gözəl kadrlarla dolu alınbsa biz onu "xaricdəki kimi" adlandırırıq. Həqiqətən Eltunun çəkdiyi video reklamlar, əsərlər sanki hansısa xarici komanda işinin məhsulu kimi gözəl görsənir. Ona görə ki, Eltun işini sevir və dünyada trend olan ən yeni üslublardan, rənglərdən istifadə edib, tamaşaçının zövqünü oxşaya bilir.

  • Eltun Baxışzadənin yaradıcılıqında vahid bir stil, kreativlik və ixtiraçılıq qabiliyyəti görünür. Bundan başqa, onun işində peşəkarlıq və rasionallığı ilə qeyd olunur. Peşəkarlığın və kreativliyin birləşməsi bizim cəmiyyətdə olduqca nadir hallarda görünür.

  • Çox məsuliyyətli, tələbkar, yeniliklərə hər zaman hazır olan bacarıqlı kinorejissordur, hansıyla ki bu günə gədər çəkmədiklərimizi çəkə bilərik. Xoşa gələn onun ünsiyyətli olmasıdır. O gözlənilməz həllər tapmaqa imkan yaradır, və onunla ən çətin iş belə asana çevrilir.

  • Eltunda əsas xoşuma gələn onun kadrı aparma şəklidir. Və bu sevindirici haldır, çünki hami kimi olmamaq ən yaxşısıdır. Onun özünə məxsus videoxətti var, hansıki öz üzərində işləməyinə və özünü inkişaf etdirməyi ilə tanındı, buda sevindirici bir haldır, çünki onun hər bir işi irəli atdıqı bir addımdır. İrəlidə onu hələ millionlarla belə addımlar gözləyir, çünki yaradıcıllığ yuksəlişi sərhəd tanımır.

  • Eltunu xeyli zamandır ki tanıyıram və böyük məmnuniyyətlə yaradicillığını izləyirəm. Kreativdir, və nəticəni izləmək zövg verir. Ne vaxtsa mənə aid bir videoda cəkmişdir, hələdə izləyirəm. Çox gözəl şənlikləri çəkirdi, aktiv idi, və yaxşı kadrları tuta bilirdi. Mən əminəm ki Eltun bu gedişlə dünya üzrə tanınacaq!

Sosial şəbəkədə izləyənlər 15,000 Sosial şəbəkədə izləyənlər

Baxış sayı 8,200,000 Baxış sayı

PORTFOLİO

Kommersiya layihələriYaradıcılıq

MÜŞTƏRİLƏR

ƏLAQƏ FORMU

Öz şirkətiniz üçün reklam istəyirsiniz? Və ya musiqiçisiz, amma klipiniz yoxdur? Mənim elektron ünvanıma yazın və mən məmnuniyyətlə sizinlə əlaqə saxlayacam.

Bu sahəni doldurmaq vacibdir.

Bu sahəni doldurmaq vacibdir.

Bu sahəni doldurmaq vacibdir.

Mesaj Göndər

Mesajınız uğurla göndərildi.